Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyanın kəşfiyyat qurumu “Facebook” və “Google” şirkətlərini izləyir?


“NBS News” telekanalı Edvard Snoudenin yeni məlumatlarına istinadən xəbər verir ki, “YouTube” videohostinqində video izləmə, “Facebook” sosial şəbəkəsində bəyənmələr və istifadəçilərin “Google Blogger” platformasına daxil olması Britaniyanın “GCHQ” kəşfiyyat qurumu tərəfindən “Squeaky Dolphin” proqramı çərçivəsində real vaxtda izlənən parametrlərə aiddir. Snoudenin məlumatına görə, Britaniya kəşfiyyatı 2012-ci ildə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə bu məlumatları  bölüşüb.
 
Qeyd edək ki, o vaxtdan etibarən “Facebook” öz məlumatlarını şifrləyir, lakin “YouTube” və “Google Blogger” hələ ki şifrləmir. Hər iki şirkət “NBC” telekanalına verdiyi müsahibəsində deyib ki, “GCHQ” kəşfiyyat qurumuna belə informasiyanın təhlili üçün səlahiyyət verməyib.
 
Snouden deyib ki, Britaniya kəşfiyyatçılarının “Squeaky Dolphin” proqramı çərçivəsində istifadəçiləri şəxsən izləməsi haqqında informasiya onda yoxdur.
 
Emil Hüseynov




29/01/14    Çap et