Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün fərdi məlumatların mühafizəsi günüdür


Bir çox ölkələrdə bu bayram həm də “konfidensiallıq günü” kimi tanınır.

“ICTnews” elektron xəbər xidməti “ict.az” saytına istinadən bildirir ki, 28 yanvar bütün dünyada fərdi məlumatların mühafizəsi günü (Data Protection Day) kimi qeyd olunur. Bu bayramın təsis edilməsində əsas məqsəd şəbəkə istifadəçilərini onların virtual və real həyatlarının təhlükəsizliyinin təmin edilməsində böyük rolu olan “İnternetdə davranış qaydaları”na riayət etməyə çağırmaqdır.
 
Qeyd edək ki, məhz bu gün - 28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya qəbul edilib. Bu konvensiya Avropada fərdi məlumatların mühafizəsi və məxfiliyinin qorunması üzrə vacib sənədlərdəndir.
 
Emil Hüseynov




29/01/14    Çap et