Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google Glass” üçün çərçivə yaradılıb
"Google" şirkəti "Glass" adlanan smart eynəyi üçün çərçivə buraxıb. Bu haqda şirkətin "Google+" sosial şəbəkəsindəki "Glass" səhifəsində yazılıb. Çərçivələr görmə qüsurlu insanların da qurğudan istifadəsinə icazə verəcək.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, dörd müxtəlif variantda təqdim edilmiş çərçivələrin hamısı titan materialından hazırlanıb və "universal"dır, yəni həm kişi, həm də qadınlar üçün nəzərdə tutulub. Çərçivələrin dizaynını İzabel Olsson hazırlayıb.
Çərçivələrin qiyməti 225 dollardır.
"Glass" smart eynəyi kamera və miniatür ekranla təchiz edilib. Smartfondan xəbərdarlıq ekrana çıxarılır. Sözügedən eynək hələ ki açıq satışa çıxarılmayıb.
Emil Hüseynov
29/01/14 Çap et