Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti yeni smartfonunu təqdim edib


“Samsung” şirkəti “Galaxy Grand Neo” smartfonunu buraxıb. Model artıq Avropa ölkələrinin mağazalarında 260 avroya satılır.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aparat 5 düymlük 480×800 piksel təsvir ölçülü ekran, 1,2 QHs takt tezlikli dördnüvəli prosessor, 1 QB əməli və 16 QB daxili yaddaş, “microSD” slotu, 5 meqapiksel təsvir ölçülü kamera, 2100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. “Galaxy Grand Neo” smartfonunun avtonom iş vaxtı danışıq rejimində 11 saat, gözləmə rejimində isə 18 saat təşkil edir.
 
Smartfonun ölçüləri 144×77×9,6 millimetr, çəkisi isə 163 qram təşkil edir. Aparat “Android” mobil əməliyyat sisteminin 4.2 versiyası ilə işləyir.
 
Emil Hüseynov
 




29/01/14    Çap et