Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan internet xidmətləri bazarında provayderlərin yeni reytinqi bəlli olub


Azərbaycan internet xidmətləri bazarında dövlət provayderləri maksimal bazar paylarını qoruyub saxlayırlar.
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı cüzi azalaraq 20,02 %, “Aztelekom”un payı isə azalaraq 13,05%  təşkil edib. Buna baxmayaraq dövlət provayderi liderliyini saxlamaqda davam edir.
 
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Aztelekom”, “Uninet”, “Azeronline”, “DataPlus” şirkətləri kəskin rəqabəti ötən ay da davam ediblər.

Son bir ay ərzində “Aztelekom”un bazar payı azalaraq 13,05%, “Uninet”in payı azalaraq 14,12%, “Azeronline”nın payı dəyişmədən 10,9%, “Dataplus” şirkətinin bazar payı 6,5%, “Connect” şirkətinin bazar payı 5,8% təşkil edib.
 

Onların ardınca 3,88% bazar payı ilə “Azqtel”,  3,2% –“Adanet”,  3,1% - “Azstarnet”, 3,4% –“Ultel”, 3,04% - “Castel”, 2,3% - Smart, 2% - “Avirtel”, 1,6% -   “Azeurotel” və 1,14% bazar payı ilə regional internet provayderi “Nakhchivan” qərarlaşıb.
Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.

Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
 
Aynur Vəliyeva
 




29/01/14    Çap et