Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rovio” şirkəti kəşfiyyatla əməkdaşlığını inkar edib
“Angry Birds” oyununun yaradıcısı Finlandiyanın “Rovio Entertainment” şirkətindən bildirilib ki, heç vaxt ABŞ və Britaniyanın kəşfiyyat qurumları ilə əməkdaşlıq etməyib, həmçinin heç vaxt istifadəçilər haqqında məlumat toplamayıb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, xatırladaq ki, dünən “Guardian” və “New York Times” nəşrlərinin dərc etdiyi məlumatlara əsasən, ABŞ və Böyük Britaniyanın kəşfiyyat qurumları istifadəçiləri populyar tətbiqlər, həmçinin “Angry Birds” oyunun vasitəsilə izləyiblər.
Emil Hüseynov
29/01/14 Çap et