Azərbaycanda qeydiyyatdan keçirilən dövlət qurumlarının domenlərinin sayı 6,5% artıb
Azərbaycan Respublikası dövlət orqanlarının "www.gov.az" rəsmi internet resursunda bu günədək 413 "*.gov.az" domeni qeydiyyata alınıb.
"ICTnews" xəbər xidmətinin “
www.gov.az” saytına istinadən verdiyi məlumata əsasən, 2013-cü il ərzində 27 dövlət orqanına aid olan domen qeydiyyatdan keçib.
Beləliklə, son bir ildə ölkədə dövlət qurumlarına aid olan domenlərin sayında 6,5% artım müşahidə olunub.
Son yarım il ərzində 7 dövlət qurumu domeni qeydiyyatdan keçirilib. Bu domenlər arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “
qht.gov.az”, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin “
statecontrol.gov.az”, Azərbaycan Respublikasının Məcburi Köçkünlərinin Sosial İnkişaf Fondunun “
sfdi.gov.az”, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin “
cmtc.gov.az”, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin “
bbtc.gov.az”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “
azgf.gov.az”, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun “
ictfund.gov.az” domenlərini qeyd etmək olar.
Aynur Vəliyeva