Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Biofizika və smart materiallar mərkəzi”nin yaradılması müzakirə olunub


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycan  Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texniki elmlər bölməsinin Büro iclası keçirilib.
 
Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda gündəlikdə duran məsələlər müzakirə olunub. “Azərsu” ASC-nin Elm və texnika şöbəsinin yeni texnika və texnologiyaların tətbiqi üzrə aparıcı mütəxəssisi, fizika üzrə fəlsəfə doktoru Elçin Qurbanov  “İçməli və tullantı suların dezinfeksiyasını təmin edən yeni texnoloji üsullar”  layihəsini Büro üzvlərinə təqdim edib.
 
 
Bu sahədə AMEA və “Azərsu” ASC-nin əməkdaşlıq etməsinin vacibliyini vurğulayıb. Büro iclasında Fizika İnstitutunun nəzdində “Biofizika və smart materiallar mərkəzi”nin yaradılması, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının redaksiya heyətinin yeni tərkibinin təsdiqi, Kibernetika İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi, Şamaxı astrofizika Rəsədxanasının  “Azərbaycan Astronomiya” jurnalının  yeni tərkibinin müəyyənləşməsi və Rəsədxanada fəaliyyət göstərən müşahidə qrupunun əməkdaşlarının  sayının artırılması məsələləri müzakirə olunub.
 
Həqiqət İSABALAYEVA




29/01/14    Çap et