Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” istifadəçi məlumatlarını daha etibarlı şəkildə saxlayacaq
“Facebook” şirkəti özündə 1 petabayt informasiya saxlaya bilən və “Blu-ray” optik disklərinə əsaslanan məlumatların saxlanılması sisteminin prototipini işə salıb. Bu cür sistemlər aşağı enerji sərfiyyatı ilə seçilir və çox tələbat olunan məzmunun saxlanılması üçün nəzərdə tutulub.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sosial şəbəkənin baş mühəndisi deyib ki, “Blu-ray” optik disklərinə əsaslanan avtomatlaşdırılmış sistem “Facebook”a məlumatların saxlanılmasına xərcləri 50%, enerji sərfiyyatına 80% azaltmağa icazə verəcək. Onun sözlərinə görə, optik disklərə əsaslanan sistemlərdə informasiya 50 ilədək saxlanıla bilər.
Emil Hüseynov
29/01/14 Çap et