Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın cənub bölgəsində TV və FM proqramlarının yayım vəziyyəti araşdırılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsi (DRİ) ölkə ərazisində mütəmadi olaraq radiomonitorinq işləri həyata keçirir.
DRİ-dən verilən məlumata görə, növbəti olaraq idarənin Radiomonitorinq şöbəsinin mütəxəssisləri tərəfindən cənub bölgəsində radiomonitorinq aparılacaq. Qeyd edək ki, sözügedən radiomonitorinq işləri TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədi daşıyır.
CAHANGİR
30/01/14 Çap et