Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə 11,6 milyondan çox mobil qurğu virusa yoluxub
Telekommunikasiya avadanlığı istehsalçısı “Alcatel-Lucent” şirkəti mobil qurğu istifadəçiləri üçün virus təhlükələrinin dərəcəsini qiymətləndirib. Ekspertlərin qiymətləndirməsinə görə, 2013-cü ildə 11.6 milyondan çox cihaz zərərli proqram tərəfindən virusa yoluxub ki, bu da ötən illə müqayisədə 20% çoxdur.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mobil viruslar tərəfindən yoluxmanın 60%-i “Android” əməliyyat sistemləri ilə işləyən qurğuların payına düşüb.
Təxminən 40% hallarda telefonu “Windows” əməliyyat sistemi ilə işləyən noutbuka qoşduqda virus düşür. “iPhone” və “BlackBerry” smartfonları 1% təhlükə daşıyır.
Ən yüksək zərərli aktivlik əvvəlki kimi “ZeroAccess” botnetində müşahidə olunur. “Microsoft” və “Symantec” şirkətlərinin xidmətini qeyd etmək lazımdır.
Emil Hüseynov
30/01/14 Çap et