Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Koreyanın innovasiya inkişafının beyin mərkəzi ilə təhsil sahəsində əməkdaşlıq müzakirə olunub


Koreyanın innovasiya inkişafının beyin mərkəzi – “KAIST (Korea Advanced Institute of Science and Technology)” İnstitutu ilə təhsil sahəsində əməkdaşlıq müzakirə olunub. Əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi təhsil naziri Mikayıl Cabbarovla “KAIST” İnstitutunun nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
 
Təhsil Nazirliyindən bildirilib ki, ADA Universitetində mühəndislik və informasiya texnologiyaları məktəbinin təsis edilməsi üzrə birgə layihədə “KAIST”-in iştirakı yüksək qiymətləndirilib. Layihənin uğurla həyata keçirilməsinin qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub. Görüşdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in də iştirak ediblər.
 
 
Nazirlikdən bildirilib ki, 1971-ci ildə Koreya Respublikasının ilk elm və texnoloji tədqiqat universiteti kimi qurulan “KAIST” 40 ildən çoxdur ki, bu ölkənin innovasiya inkişafının beyin mərkəzlərindən biridir.
 
Həqiqət İSABALAYEVA




30/01/14    Çap et