“Opera Mobile Store” əlavələr mağazasının auditoriyası 100 milyon istifadəçini ötüb
“Opera Mobile Store” mobil əlavələr mağazasının aylıq aktiv istifadəçilərinin sayı 100 milyonu ötüb. Bu barədə şirkətin məlumatında deyilir.
“Opera” şirkətinin məlumatına görə, mağazada “Android”, “Java”, “BlackBerry”, “Symbian” və “iOS” əməliyyat sistemləri üçün 200 mindən çox əlavə var və “Opera Mobile Store” bu göstərici üzrə dünyada beşinci yeri tutur. Bu bazarın lideri “Apple App Store” əlavələr mağazasının kataloqunda bir milyondan çox “iOS” proqramı yer alıb. Rəqib “Google Play” servisi “Android” sistemli əlavələrin sayı üzrə aktual statistikanı açıqlamır.
Ötən il “Opera Mobile Store”un aylıq istifadəçilərinin sayı 172 faiz artıb. Müqayisə üçün qeyd edək ki, “Apple App Store” mağazasında hələ ötən ilin iyununda 575 milyon istifadəçi qeydə alınıb.
Bu dövr ərzində yüklənən proqramların sayı 250 faiz artsa da, şirkət yükləmələrin dəqiq sayı haqqında məlumat vermir. Yükləmələrin təxminən 43 faizi “Android” sistemli əlavələrin payına düşür. Xatırladaq ki, ötən ilin mayında “Google Play”dən yüklənən proqramların sayı 48 milyardı ötüb, “Apple” şirkəti isə bu yaxınlarda "App Store”dan 65 milyard yükləmənin həyata keçirilməsini bildirib.
“Opera Mobile Store” mağazası 2011-ci ilin sentyabrında istifadəyə verilib. İki il ərzində servisin auditoriyası və əlavələrin sayı beş dəfədən çox artıb, - "Digit
www.digit.ru” yazır.