Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər istilik tranzistorları yaradıblar


Purdyu Universitetinin (Purdue University) mütəxəssisləri istilik axınını ənənəvi elektron qurğularda elektrik cərəyanının idarə olunması kimi idarə etməyə imkan verən yeni texnologiya təqdim ediblər. Kəşf elektronika, toxuculuq sənayesi kimi geniş sahələrdə tətbiq oluna bilər.  

Texnologiya fononlara nəzarət üçün miniatür üçbucaq strukturlardan istifadə edir. Mütəxəssislər aparılan sınaqlarda müəyyən ediblər ki, kiçikölçülü üçbucaq və ya “T” şəkilli strukturlar istiliyin əldə edilməsi effektini (bir tərəfə daha güclü istilik axını buraxıla, digər tərəfə isə ümumiyyətlə yayılmaya bilər) yaratmağa qadirdir.   
Nəticələri nüfuzlu “Nano Letters” nəşrində dərc olunacaq yeni tədqiqatda asimmetrik qrafen nanolentlərdə istiliyin alınmasını nümayiş etdirən molekulyar dinamika üsulundan istifadə olunub. Modelləşdirmə göstərib ki, təkcə qrafenlə kifayətlənmək olmaz. Belə ki, istiliyin alınması müxtəlif piramidaşəkilli, trapesiyaşəkilli və “T” şəkilli strukturlarda da müşahidə edilə bilər.

Bu üsul istilik tranzistorlarının, diod və yaddaş sxemlərinin yaradılmasına imkan verir. İstilik qurğuları onların silisium turşulu ənənəvi analoqları kimi eyni funksiyaları yerinə yetirə bilər. Lakin bu halda keçiricilərdən elektronlar əvəzinə fononlar axacaq.  

Əksər keçirici sistemlərində istilik hər iki istiqamətdə eyni şəkildə yayıldığından indiyədək elektrik diodlara oxşar istilik qurğuları kəşf edilməyib. Mütəxəssislərin fikrincə, istiliyin alınmasını tam mənimsəmək mümkün olsa, yarımkeçiricilər sahəsi qarşısında yeni perspektivlər açılacaq. Hazırda konkret əlavələr haqqında danışmaq hələ ki tezdir. Burada söhbət təkcə elektronikanın yeni perspektivlərindən getmir. Məsələn, istiliyi bir tərəfdən buraxa, digər tərəfdən isə buraxmayan tikinti bloklarının, eləcə də, isti geyimlərin hazırlanması maraq doğurur, - "3DNews www.3dnews.ru” yazır.  
 
 




30/01/14    Çap et