Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” şirkətinin mənfəəti artıb
Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” son rüb üzrə hesab verib: resursun səhifələrində mobil reklam satışlarının artması nəticəsində gözləntilərdən yuxarı nəticə göstərib. Hesabat rübündə “Facebook” şəbəkəsində mobil reklamların satış həcmi ilk dəfə fərdi kompüter üçün reklam satışlarının həcmini ötüb.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2013-cü ilin son rübündə “Facebook”un mədaxili 63% artaraq 2,59 milyard dollar olub, şirkətin əməliyyat gəliri 1 səhm üçün 31 sent təşkil edib. İnternet istifadəçilərinin təxminən 50%-nin qeydiyyatdan keçdiyi “Facebook” sosial şəbəkəsi ötən rübdə reklam sahəsində böyük üstünlük göstərib: mobil reklam kampaniyalarından əldə olunan gəlirin həcmi 1,25 milyard dollar təşkil edib ki, bu da ümumi reklam gəlirinin 53%-ni təşkil edib.
İnvestorlar ümumilikdə şirkətin rüblük məlumatlarını müsbət qəbul ediblər.
Şirkətin mənfəəti 8 dəfə artaraq 523 milyon dollar olub, halbuki bir il əvvəl bu göstərici 64 milyon dollar təşkil etmişdi.
“Emarketer” şirkətinin proqnozlarına əsasən, 2015-ci ilədək “Facebook” şirkəti rəqəmli reklam bazarının 9%-nə sahiblənəcək.
Emil Hüseynov
30/01/14 Çap et