Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MilliÖn” ödəniş terminallarında plastik kartların qəbulu təşkil edilib


“MilliKart Group” prosessinq mərkəzinin, “Komtek” şirkətinin və “Unibank”ın üçtərəfli əməkdaşlığı nəticəsində “MilliÖn” ödəniş terminallarında plastik kartların qəbulu təşkil edilib.
 
“MilliKart”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, gündəlik həyatımızda istifadə üçün banklar tərəfindən təklif olunan plastik kartlar kimi müasir xidmət bir çox vətəndaşlara nağd puldan istifadə etməyərək xidmət və malların problemsiz ödənilməsi üçün imkan verir.
 
Plastik bank kartları ilə hesablaşma proseduru çox rahat və səmərəlidir. Bundan başqa, alıcı və istehlakçılar nağd pulun istifadəsindən irəli gələn risklərdən azaddırlar.
 
“MilliKart” prosessinq mərkəzi “PCI DSS” beynəlxalq təhlükəsizlik standartlarına uyğun sertifikatlaşdırılmışdır və “MasterCard SecureCode” və “Verified by Visa” (VbV) protokollarından istifadə edərək ödəniş kartları ilə əməliyyatlar üzrə məlumatların təhlükəsiz ötürülməsini təmin edir.

Aynur Vəliyeva
 




30/01/14    Çap et