Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada nanoliflərlə təchiz edilmiş "ağıllı” geyimlər təqdim edilib
“Engadget” nəşri yazır ki, Yaponiyada nanoliflərlə təchiz edilmiş “Hitoe” smart geyiminin nümayişi keçirilib. Layihənin müəllifləri qismində “NTT Docomo” mobil operatoru və “Toray” şirkəti çıxış ediblər.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “Hitoe" modellərinə tikilmiş sensorlar nəbzi ölçməyə və kardioqrama parametrlərinə oxşar göstəricilər əldə etməyə “qadirdilər”.
Plan bu sistemi artıq “NTT Docomo” operatorunun smartfonlarına quraşdırılmış müvafiq platforması ilə birləşdirməkdən ibarətdir.
Yalnız “ağıllı” idman geyimləri deyil, həmçinin pijamaların buraxılması planlaşdırılır.
Emil Hüseynov
30/01/14 Çap et