Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” istifadəçilərə maraqlı xəbərlər təqdim edəcək


“Facebook” sosial şəbəkəsi “Paper” mobil tətbiqini elan edib. Proqram “Facebook” postlarının oxunması üçün nəzərdə tutulub; o, sosial şəbəkədən istifadəçiyə maraqlı ola bilən yazıları toplayır və onlardan xəbər lenti yaradır.
 
“Facebook” tərəfindən çəkilmiş videoçarxa əsasən, proqram fevralın 3-də çıxarılacaq. İlk öncə tətbiq yalnız ABŞ-da yaşayan “iPhone” smartfonlarının sahiblərinə əlçatan olacaq. Fevralın 4-də isə sosial şəbəkənin 10 yaşı tamam olacaq.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, xəbər lentində həm istifadəçinin dostlarının və abunə olduğu cəmiyyətlərin yazıları, həm də "kənar" postlar görsənir. “Paper” tətbiqi üçün yazıların seçilməsi “layk”lar əsasında və “Facebook”un redaktorlar komandası tərəfindən aparılır.
 
“Paper” lentindəki postlar mövzular üzrə çeşidlənir və plitka şəklində görsənir. İstifadəçi plitkaya klik etməklə postun tam versiyasına daxil olur.
 
“Facebook”un adi mobil tətbiqi kimi “Paper” də yazını “layk” etməyə və öz adından post yazmağa icazə verir.
 
“Paper” tətbiqi “Facebook Creative Labs” laboratoriyasının layihəsidir. Bu tətbiq haqqında 2013-cü ilin payızından internetdə şayiələr gəzirdi. “Paper” konsepsiyasına görə “Flipboard” mobil tətbiqinə oxşardır: sonuncu sosial şəbəkələr və KİV-dən istifadəçiyə maraqlı yazıları seçir və onları jurnal formatında göstərir.
 
Emil Hüseynov
 




31/01/14    Çap et