Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Böyük Britaniya hökuməti “Microsoft Office” paketindən imtina etmək istəyir
Böyük Britaniya hökuməti alternativ açıq həlləri üstün tutaraq “Microsoft Office” proqram təminatından istifadədən imtina etmək niyyətini bəyan edib. Nəticədə xeyli vəsaitə qənaət olunacaq.
“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “The Guardian” nəşri yazır ki, 2010-cu ildən etibarən dövlət sektorunda “Office” paketlərinin satın alınmasına təxminən 200 milyon funt-sterlinq xərclənib. Nazir Frensis Maude hesab edir ki, açıq proqram təminatı sayəsində xeyli vəsaitə qənaət etmək mümkün olardı.
Emil Hüseynov
31/01/14 Çap et