Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər “Yahoo!” poçt servisinə müdaxilə edib


ABŞ-ın “Yahoo!” şirkətinin nümayəndələri istifadəçiləri haker hücumu nəticəsində servisin poçt ünvanlarının parollarının oğurlanması barədə xəbərdar edib.

Portal mütəxəssisləri haker hücumundan nə qədər istifadəçinin zərər çəkməsi barədə dəqiq məlumat verməsələr də, parolların oğurlanmasının servisin saxlancından həyata keçirilmədiyini bildiriblər. Belə ki, mütəxəssislər hakerlərin parolları üçüncü tərəfdən əldə etdiklərinə əmindirlər.  

Axtarış sistemi istifadəçilərə məxfi parolları dəyişməyi, onları mümkün qədər mürəkkəb etməyi, eləcə də ikipilləli identifikasiya üsulundan istifadəyə başlamağı təklif edir. Şirkət nümayəndələri həmçinin kibercinayətkarların tapılması və cəzalandırılması məqsədilə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiklərini əlavə ediblər, - “Vesti www.vesti.ru” yazır.  
 




31/01/14    Çap et