Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İmtahanları uğurla başa vuran tələbələrin diplomlarının gecikdirilməsi birdəfəlik həll ediləcək


Ali təhsillə bağlı diplomların gecikdirilməsi problemi 2014-cü ildə birdəfəlik həll olunacaq.
 
Belə ki, ali məktəblərin Təhsil Nazirliyində yaradılmış müvafiq quruma son kursun payız imtahan sessiyasını uğurla başa vuran tələbələr haqqında təqdim edəcəyi məlumatlar və bu baza əsasında diplomlar hazırlanacaq.
 
 Ali Attestasiya Komissiyasının razılığından sonra diplomlar dərhal ali təhsil müəssisələrinə veriləcək. Nazirlikdən vurğulanıb ki, diplomların verilməsi zamanı heç bir rüsum ödənişi nəzərdə tutulmayıb.
 
 
Həqiqət İSABALAYEVA




31/01/14    Çap et