Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada istifadəçilərin 15 faizi mobil ödənişləri smartfon və ya planşetdən edir


Mobil sahədə ixtisaslaşan “MEF” beynəlxalq təşkilatı mobil ödənişlərdə qlobal istehlak yenilikləri haqqında ilk tədqiqatını təqdim edib. Hesabatda 13 ölkədə mobil ödənişlərin populyarlığının artması, mobil ticarətin dünyanın ən məşhur bazarlarında sürətli artım nümayiş etdirməsi, bu artımın böyük hissəsinin gündəlik həyatında müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün smartfon və planşet kompüterlərdən istifadə edən insanların sayının artması sayəsində təmin edilməsi qeyd olunur.  

Araşdırmaya əsasən, 2013-cü ildə istifadəçilərin təxminən 13 faizi öz smartfon və planşetlərində bu və ya digər şəkildə mobil ödəniş edib. Bu insanların əksəriyyəti alışı informasiyanı böyük məsafəyə ötürməyə imkan verən “NFC” texnologiyasından istifadə edən mobil əlavələr sistemi vasitəsilə həyata keçirib.

“MEF” təşkilatının məlumatına görə, mobil pul istifadəçiləri fərdi alış-verişə digər istifadəçilərə nisbətən daha çox vəsait xərcləyir. Hesabatda qeyd edilir ki, adi alıcılarla müqayisədə mobil ödəniş istifadəçiləri arasında ucuz malların alınması 10 faiz, orta qiymətli alışların edilməsi 14 faiz təşkil edir. Məhz bu istehlakçılar mobil auditoriyanı cəlb etməyə çalışan şirkətlər üçün məqsədli auditoriyaya çevrilir. Bundan başqa, bu istifadəçilər mobil innovasiya layihələrində və texnologiyaların işə salınmasında digərlərinə nisbətən daha çox iştirak edir.
Hesabat göstərir ki, inkişaf etməkdə olan ölkələrdə “müstəsna mobil” istifadəçi mədəniyyəti yaranır.

Bura mobil qurğularından daha çox asılı olan və yalnız mobil platformalarda istifadəsi mümkün xidmətlərdən yararlanan istifadəçilər aiddir. Məsələn, mobil bankçılıq tədricən populyarlaşmağa başlayır və istehlakçıların çoxu artıq maliyyə vəsaitlərini mobil qurğular vasitəsilə idarə edir. Mobil bankçılığın daha da populyarlaşacağı gözlənilir, çünki əksər maliyyə qurumları hazırda diqqətlərini mobil istifadəçilərə yönəltməyə başlayıb, - "IT Expert www.itexpert.org.ua” yazır.




31/01/14    Çap et