Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə satılmış smartfonların 79%-i “Android” mobil əməliyyat sistemi ilə işləyir


Bu yaxınlarda internetdə dərc edilmiş məlumata əsasən, 2013-cü ildə dünyada bir milyarddan çox smartfon satılıb.
 
“Strategy Analytics” analitik şirkətinin mütəxəssisləri dəqiqləşdiriblər ki, satılmış smartfonların 79%-i (990 milyon) “Android” mobil əməliyyat sistemi ilə işləyir.
 
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ötən il smartfon bazarında “iOS” platforması ilə işləyən smartfonların payı 15,5% olub, daha 3,6%-ə isə “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar sahibləniblər.
 
Orta hesabla, ötən il “Android” smartfonların satış həcmi 2012-ci illə müqayisədə 62% artıb. "iPhone" smartfonlarının satış həcmi 13% artıb. “WP” platforması ilə işləyən smartfonlara gəlincə, 2013-cü ildə onların satış həcmi 47,5% artıb.
 
Emil Hüseynov




31/01/14    Çap et