Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kanada aviasərnişinləri ödənişsiz “Wi-Fi” üzərindən izləyib
Kanada Kommunikasiya Təhlükəsizlik Mərkəzi (CSEC) ölkənin əsas aeroportlarından birində ödənişsiz “Wi-Fi” üzərindən aviasərnişinləri izləyib. Bu haqda Edvard Snouden tərəfindən verilmiş məxfi sənədə istinadən “CBC News” yazıb. Aeroportun adı açıqlanmayıb.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, “CSEC” nümayəndələrinin minlərlə adi aviasərnişinin simsiz qurğularını onlar aeroport terminalını tərk etdikdən sonra və Kanadanın başqa şəhərlərinə və ABŞ ərazisinə çatdıqda belə izləməsi iddia edilir.
“CSEC”-in bəyanatına əsasən, mərkəz metaməlumatları toplamaq və təhlil etmək hüququna malikdir. Aeroportda izləmə halında “CSEC” əməkdaşlarının sərnişinlərin elektron məktublarının tərkibi və zəngi barəsində deyil, simsiz qurğuları haqqında informasiya topladıqları ehtimal edilir.
Snouden tərəfindən verilmiş sənədə əsasən, “CSEC” iki həftə ərzində aviasərnişinlər haqqında məlumat toplayıb.
Emil Hüseynov
31/01/14 Çap et