Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-in rabitə sektorunun 2013-cü ildəki inkişaf göstəriciləri açıqlanıb



Naxçıvan Muxtar Respublikasında informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemləri quraşdırılıb.
 
 
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, bu məlumat Naxçıvan Dövlət Statistika Komitəsinin 2013-cü ildə muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatında əksini tapıb.
 
Məlumatda qeyd edilir ki, hazırda bu sistem mövcud telefon istifadəçilərinin 57 faizinə xidmət göstərir. Bundan əlavə, Şahbuz və Babək rayonlarındakı avtomat telefon stansiyalarının 3-cü nəsil telekommunikasiya sistemləri ilə əvəz edilməsi işləri başa catdırılıb.
 
2013-cu il ərzində 27 avtomat telefon stansiyası və 22 poçt bölməsi yeni binalara köçürülüb. Avtomat telefon stansiyalardan 18-i yeni qurulub, poçt bölmələrindən isə 13-ü yeni açılıb.
 
Sədərək-Ordubad alternativ fiber-optik kabelin tikintisi, fiber-optik kabellə rabitənin və avtomat telefon stansiyalarının optik arabağlantılarla təşkili ilə əlaqədar işlər həyata keçirilməkdədir. Bu dövr ərzində muxtar respublikada avtomat telefon stansiyalarının 94 faizi fiber optik bağlantılarla təmin edilib.
Muxtar respublikanın iri yaşayış məntəqələrində genişzolaqlı internet xidmətlərinin təşkili istiqamətində tədbirlər davam etdirilib, Şərur rayonunun Dərəkənd, Gümüşlu, Alışar və Şahbulaq, Babək rayonunun Sirab, Didivar, Kərimbəyli, Məzrə, Güznüt və Kültəpə, Ordubad rayonunun Dizə və Unus, Culfa rayonunun Xanəgah, Kırna və Dizə, Kəngərli rayonunun Çalxanqala və Qarabağlar kəndlərində, Şahbuz rayonunda Şahbuzkənddə bu xidmətdən istifadəyə başlanılıb. Ordubad, Culfa və Şahbuz səhərlərində, Babək rayonunun Cəhri və Şəkərabad, Ordubad rayonunun Əndəmic və Dəstə kəndlərinin hər birində iki ədəd, Ordubad rayonunun Vənənd və Nüsnüs,Culfa rayonunun Əbrəqunus və Yaycı kəndlərinin hər birində bir ədəd olmaqla genişzolaqlı internet xidmətlərinin təşkili üçün əlavə avadanlıqlar quraşdırılıb.
 
 
2013-cu ildə muxtar respublikada 1913 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulub, hər yuz ailəyə duşən stasionar telefon aparatlarının sayı 67-yə çatıb.
1 yanvar 2014-cu il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 447086 ədəd, əhalinin hər 100 nəfərinə isə duşən mobil telefonlarının sayı 104 ədəd olub.
2013-cu ildə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2012-ci ildəki müvafiq göstəricini 6,1 faiz üstələyərək 45 milyon 52 min manat olub. Ümumi xidmətlərin 85,2 faizi mobil rabitə xidmətinin payına düşüb ki, bu da 2012-ci ildəki müvafiq göstəricidən 5,9 faiz çoxdur.
 
İnformasiya cəmiyyətinin formalaşmasında xüsusi əhəmiyyətə malik olan "Elektron hökumət"in qurulması istiqamətində ardıcıl tədbirlər görülüb, "Elektron hökumət" portalı yaradılıb.
 
Ötən dövr ərzində keyfiyyətli televiziya və radio yayımının təşkili məqsədilə muxtar respublikanın yaşayıs ərazilərinin 75 faizində rəqəmli yayım təmin edilib.
Muxtar respublikada poçt xidmətlərinin daha müasir tələblər səviyyəsində həyata keçirilməsini, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə bank-maliyyə xidmətlərinin göstərilməsini və kommunal xidmət haqlarının poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədilə"Naxcıvanpoct" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
 
CAHANGİR
 
 
 
 




31/01/14    Çap et