Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan peyk radionəzarət stansiyalarının istifadəsi ilə bağlı müzakirələrdə iştirak edib


Azərbaycan nümayəndələri Moskvada keçirilmiş Regional Rabitə Birliyinin (RRB) komissiyası yanında beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə İşçi Qrupun Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə iş üzrə 11-ci iclasında iştirak ediblər.

Tədbirdə Azərbaycanla yanaşı, Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Özbəkistanın, MDB ölkələri üçün BTİ-nin zona bölmələrinin nümayəndələri iştirak ediblər.

İclasda BTİ-nin fəaliyyəti ilə bağlı təşkilatı məsələlər ilə yanaşı, BTİ-nin 2016-2019-cu illərdə internet, maliyyə və insan resursları və dillər üzrə strateji və maliyyə planı müzakirə edilib.
 
Tədbirdə təqdim edilən "Peyk radionəzarət stansiyalarının istifadəsi məsələləri üzrə BTİ-nin Radiorabitə bürosunun rabitə administrasiyaları ilə qarşılıqlı fəaliyyəti layihəsi və digər layihələr dəstəklənib.

Aynur Vəliyeva 
 




01/02/14    Çap et