Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Aztelekom.net” provayderinin ADSL portlarının montaj tutumu 114812-yə çatdırılıb
Cari ilin 1 yanvar tarixinə qədər respublikanın regionları üzrə “Aztelekom.net” provayderinin ADSL portlarının montaj tutumu 114812-yə, istifadəçilərinin sayı isə 104700 nəfərə çatdırılıb.
“ICTnews” xəbər xidmətinin məlumatına görə, bu barədə “Aztelekom” İB-nin Gənclər Təşkilatının sədri Emil Rzayev məlumat verib. O bildirib ki, ötən il ərzində ümumi tutumları 5 min nömrə olan yeni EATS-lər quraşdırılıb, CDMA simsiz telefon şəbəkəsinin yeni baza stansiyaları quraşdırılmaqla şəbəkənin əhatə dairəsi genişləndirilib: “2900,0 km-dən artıq FO kabel xətlərinin çəkilişi başa çatdırılıb və montaj işlərinə başlanılıb, 57 TKQ-dən 38-nin bütün kənd EATS-nin birləşdirici xətləri FO kabelləri ilə əvəz edilib”.
E.Rzayev onu da bildirib ki, birliyin gənclər təşkilatı tərəfindən əsrin faciəsi olan Xocalı faciəsi ilə bağlı “Xocalıya ədalət” kampaniyası çərçivəsində müvafiq ünvanlara məktublar göndərilib, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yaradılan petsisiya üçün lazım olan yüz min səsdən 5.030 səsi “Aztelekom” İB-nin gəncləri göndəriblər: “Yeri gəlmişkən bildirim ki, ötən müddət ərzində YAP Gənclər Birliyinin xətti ilə təşkil olunan Yay-Qış Məktəbində gənc mütəxəssislərimiz nümunəvi iştirak ediblər. 5 nəfər gəncimizə YAP Gənclər Birliyinin təşəkkürnaməsi verilib. Günümüzün ən böyük sosial şəbəkəsi olan “Facebook”da gənclərimiz kifayət qədər fəallıq göstərirlər”.
Seymur Qasımbəyli
01/02/14 Çap et