Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetə çevrilə bilən xrombuk təqdim edilib
"Liliputing" nəşri yazır ki, "Lenovo" şirkəti "ThinkPad Yoga 11e Chromebook" kompüterini təqdim edib. Qurğu "Chrome OS" əməliyyat sistemi ilə işləyən və transformerlər (planşetə çevrilə bilən noutbuk) sinfinə aid birinci qurğudur.
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, ənənəvi noutbuklar "ThinkPad Yoga" iki elementdən ibarətdir: ekran qapağı və klaviaturadan ibarət blok, həm də qapağı 360 dərəcə fırlatmaq olar.
Qurğu 11.6 düym diaqonallı sensor ekranla təchiz edilib.
"Lenovo" şirkəti qurğunun texniki xarakteristikalarını açıqlamayıb, yalnız dəqiqləşdirib ki, cihaz "x86" arxitekturalı "Intel" prosessoru ilə təchiz edilib. "Chrome OS" həm də "ARM" prosessorları ilə təchiz edilmiş qurğularda işləyə bilər.
"Chrome OS" brauzer üzərindən işləyən əməliyyat sistemidir. Onun əsas elementi "Chrome" brauzeridir.
Emil Hüseynov
03/02/14 Çap et