Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows XP” istifadəçiləri “Windows 8” sisteminə keçmək istəmirlər


"Microsoft" korporasiyasının çağırışlarına baxmayaraq, "Windows XP" əməliyyat sisteminin (ƏS) istifadəçiləri "Windows 8" platformasına  keçmək istəmirlər. "Net Applications" analitik şirkətinin dərc etdiyi məlumatlar ABŞ korporasiyasının rəhbərliyini açıq-aydın məyus edəcək. 2014-cü ilin yanvarında "Windows XP" ƏS-nin bazar payı 2 ildə ilk dəfə  2 dəfə artıb. "Windows 8" sisteminə tələbat isə azalıb.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, ötən ay 13 "yaşlı" ƏS-i 29,23% kompüterdə quraşdırılıb ki, bu da 2013-cü ilin dekabr ayının göstəricisini  0,25% ötür. "Windows 8" platformasının bazar payı 6,89-dən 6,63%-dək azalıb.

Ekspertlər hesab edirlər ki,  "Microsoft" üçün bu rəqəmlər ekstremaldır.

Emil Hüseynov
 
 




03/02/14    Çap et