Elektron Təhlükəsizlik Mərkəzinin saytı istifadəyə verilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) internet resursu (
www.cert.az) hazırlanıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, istifadəçilər saytda mərkəzin fəaliyyət istiqamətləri, əlaqə vasitələri, qanunvericilik bazası, eləcə də kibertəhlükəsizlik üzrə hesabatlar, son insidentlər və xəbərdarlıqlarla tanış ola bilərlər. Bununla yanaşı, veb-saytda elektron təhlükəsizliklə bağlı əsas suallara cavab tapmaq da mümkündür.
Hazırda sayt test mərhələsindədir. İstifadəçilər internet resursla bağlı təklif və iradlarını mərkəzə ünvanlaya bilərlər.
Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli Fərmanının 5-ci hissəsinə əsasən yaradılıb. Mərkəz kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
CAHANGİR