Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiyada üzlərin avtomatik tanınması sistemi sınaqdan keçiriləcək
Yaponiya KİV-nin məlumatına görə, Yaponiya Milli İnformasiya və Rabitə Texnologiyaları İnstitutundan mütəxəssislər qrupu ölkədə birinci üzlərin avtomatik tanınması sistemini sınaqdan keçirməyi planlaşdırır.
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sınaqlar zamanı Yaponiyanın üçüncü böyük şəhəri Osakanın müxtəlif nöqtələrinə 90-dan çox videokamera quraşdırmaq planlaşdırılıb. Osakanın mərkəzi nəqliyyat qovşağından gündəlik 822 mindən çox insan keçir.
Sistem aşağıdakı qaydada işləyir: o, kütlənin içərisindən ayrı-ayrı vətəndaşların üzlərini ayırır və onların hərəkətini izləyir. Bu halda sistem növbəti gün yenidən vağzala gələn eyni insanların üzünü tanıyacaq.
Emil Hüseynov
03/02/14 Çap et