Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə “Smart TV” düzpanelli televizorlar bazarının 3/1 hissəsini tutub


2013-cü ildə “Smart TV” funksiyasını dəstəkləyən televizorların dünya tədarük həcmi 55 faiz artaraq 76 milyon ədədə çatıb ki, bu da ötən ildə düzpanelli televizorların (FPTV) ümumi tədarük həcminin 33 faizini təşkil edir. Bu barədə “Strategy Analytics” analitik şirkətinin yeni hesabatında deyilir.
 
Ekspertlər qeyd edirlər ki, “Smart TV”-lərin yayılması dərəcəsinə görə aparıcı bazar “ağıllı” televizorların “FPTV”-lərin  ümumi tədarük həcmində payının 45 faiz olduğu Qərbi Avropa hesab edilir. Yaxın gələcək üçün ekspertlərin proqnozlarında deyilir ki, 2014-cü ildə “Smart TV” qurğuları dünya düzpanelli televizorlar bazarında 44 faiz paya sahib olacaq, 2017-ci ilədək bu nisbət 73 faizədək artacaq. Mütəxəssislərin fikrincə, üç ildən sonra orta və yüksək qiymət kateqoriyalı bütün televizor modellərində internetlə əlaqənin müəyyən forması tətbiq ediləcək.

Rəqəmləri şərh edən analitik Erik Smit bildirib ki, “Smart TV”-nin tətbiqi prosesi getdikcə sürətlənir, lakin bu qurğuların uğurunun əsl mahiyyəti istifadəçilər tərəfindən bu funksiyaya olan tələbatla əlaqədardır.


“İstehlakçılar arasında keçirdiyimiz sorğuya əsasən, hazırda ABŞ-da və Avropanın aparıcı ölkələrində “Smart TV” sahiblərinin yalnız 50 faizi televizorlardakı quraşdırılmış “ağıllı” funksiyalardan istifadə edir. Bu isə o deməkdir ki, televizor istehsalçıları istehlakçıları platformadan aktiv istifadəyə sövq etmək üçün əlavə və xidmətlər çeşidini genişləndirməlidir”, - o əlavə edib, - "DailyComm www.dailycomm.ru” yazır.
http://www.dailycomm.ru/i/msg_icon_src/25844.jpg






03/02/14    Çap et