Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil ödəmələrin sayı 55% artıb


Smartfon yalnız internetə çıxış, videoçarxları izləmək və musiqi dinləmək üçün vasitə deyil, həm də rahat mobil pul cüzdanıdır. İstifadəçi internetə qoşulmuş cihazın köməyi ilə məhsul və xidmətlərin haqqını dərhal ödəyə bilər. Getdikcə daha çox insan belə funksiyadan istifadə edir.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Hollandiyanın "Adyen" ödəmə sisteminin məlumatına görə, son ildə mobil qurğular üzərindən həyata keçirilən ödənişlərin sayı 55% artıb. İnternet üzərindən alış-veriş üçün çox vaxt "iPad" planşetləri istifadə olunur: 2013-cü ilin sentyabr-dekabr ayları ərzində həyata keçirilmiş mobil əməliyyatların 41%-i onların payına düşür.
 
Mobil internet şopinq həvəskarları arasında populyarlığına görə ikinci yerdə "iPhone" (əməliyyatların ümumi sayının 31.6%-i) smartfonları qərarlaşıb. Sonrakı yerlərdə "Android" (20%) platforması ilə smartfonlar, həmçinin həmin platform əsaslı planşetlər (6,6%)  yer alıblar. "Windows Phone" və "BlackBerry" əməliyyat sistemləri ilə işləyən aparatların mobil ödənişlər bazarında payı 1%-dən aşağıdır.
 
Ekspertlərin sözlərinə görə, planşet sahibləri internet şopinqə smartfon istifadəçiləri, hətta fərdi kompüterlə müqayisədə orta hesabla daha çox pul xərcləyirlər.
 
Emil Hüseynov
 




03/02/14    Çap et