Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan elektron təhlükəsizlik məsələri üzrə beynəlxalq konfransda təmsil olunub


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) rəhbərliyi "Cybertech 2014" konfransı ilə əlaqədar İsraildə rəsmi- işgüzar səfərdə olub.
 
ETM-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Mərkəzin əməkdaşları səfər çərçivəsində informasiya təhlüksizliyi sahəsində fəaliyyət göstərən dünyanın aparıcı şirkət rəhbərləri ilə görüşlər keçirib.
 
 Tədbir çərçivəsində Azərbacanda informasiya təhlükəsizliyi sahəsində ETM tərəfindən gələcəkdə görüləcək işlərə dair fikir mübadilələri aparılıb.
 
Bundan başqa, konfrans çərçivəsində keçirilən ekspo sərgidə İsrailin informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən dünyanın aparıcı şirkətləri və startupları ilə informasiya mübadiləsi həyata keçirilib.
 
Məlumat üçün qeyd edək ki, Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanıdır.
 
Aynur Vəliyeva



 
 




03/02/14    Çap et