Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yüksək Texnologiyalar Parkı" – “YT Park” MMC-nin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər


Cari ilin 27-30 yanvar tarixlərində Hindistanın Sənaye Konfederasiyası, Karnataka ştatının Hökuməti və Sənaye Siyasəti və Təbliğatı Departamentinin dəstəyi ilə Banqalor şəhərində “Əməkdaşlıq Sammiti 2014” (“Partnership Summit 2014”) adlı beynəlxalq tədbir keçirilib.
 
Hindistan, Kanada, Bəhreyn, Fransa, İsveçrə, Yaponiya, Sinqapur, Fici, Qətər, İndoneziya, BƏƏ, Meksika və s. ölkələrin dövlət rəsmiləri və özəl sektorun nümayəndələrinin qatıldığı bu mötəbər tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan “Yüksək Texnologiyalar Parkı” – “YT Park” MMC-nin əməkdaşları da iştirak ediblər.
 
 
Azərbaycan nümayəndə heyəti Hindistana səfərləri çərçivəsində müxtəlif görüşlər keçirib, xüsusilə bir sıra investisiya şirkətlərinin nümayəndələri ilə danışıqlar aparılıb və onların müsbət təcrübələri öyrənilib. Eyni zamanda “YT- Park”  əməkdaşları “International Tech Park”, “Sabic Research & Technology Camus” kimi qabaqcıl texnoparkların fəaliyyətləri ilə də tanış olublar.
 
Həqiqət İSABALAYEVA




03/02/14    Çap et