Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
UUEN Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə veriləcək
Azərbaycan Respublikası Nazirlər Kabineti 2012-ci il 5 dekabr tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
“ICTnews” elektron xəbər xidmətinin Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, qaydaların 2.1-ci bəndinin birinci cümləsində “proqram təminatı” sözləri “Ünvan Reyestri İnformasiya Sistemi” sözləri ilə əvəz edilməlidir.
Qeyd edək ki, dəyişiklikdən öncə, Qaydalarda göstərilirdi ki, hər bir nəqliyyat infrastrukturu obyektinin adına proqram təminatı vasitəsilə avtomatik olaraq daxili Universal Unikal Eyniləşdirmə Nömrəsi (UUEN) verilir.
Bundan sonra isə UUEN Ünvan Reyestri İnformasiya Sistemi vasitəsilə veriləcək.
CAHANGİR
03/02/14 Çap et