Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tim Kuk Türkiyəyə niyə səfər edib?


ABŞ-ın "Apple" şirkətinin baş direktoru Tim Kuk Türkiyədə səfərdədir. Yerli mətbuatın məlumatına görə, şirkət bu yaxınlarda qardaş ölkədə ilk "Apple Store" mağazasını açacaq. Bundan başqa, T.Kukun bu gün Türkiyə prezidenti Abdullah Gül ilə görüşü nəzərdə tutulub. Ölkə prezidenti ilə görüşdən sonra ABŞ istehsalçısı çoxlu sayda "iPad" planşet kompüter modellərini təhsil sahəsində istifadə üçün Türkiyə məktəblərinə göndərmək niyyətindədir.    
 
"iPad" modelləri faktiki olaraq Türkiyənin "FATIH" texnoloji təşəbbüsünün əsas komponenti olub. Layihə çərçivəsində yerli məktəblərin yüksək texnologiyalı qurğu və avadanlıqlarla təchiz edilməsi planlaşdırılır. Hazırda pilot mərhələsində olan layihənin məqsədi 42 min məktəbin texnika və 570 min sinfin İT sahəsinin müxtəlif həlləri ilə təchiz edilməsidir.
 
Qarşıdakı bir neçə il ərzində rəsmi Ankara təhsil məqsədləri üçün 12,6 milyon planşet almaq niyyətindədir, - "Cybersecurity www.cybersecurity.ru" yazır.







04/02/14    Çap et