Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Facebook" xəbərlərin oxunması üçün tətbiq çıxarıb
"Facebook" sosial şəbəkəsi fevralın 3-də "Paper" tətbiqini təqdim edib. O, "Facebook" sosial şəbəkəsində dərc edilmiş xəbər və başqa yazıların oxunması üçün nəzərdə tutulub. Sözügedən tətbiq hələ ki yalnız ABŞ istifadəçilərinə əlçatandır.
"Paper" tətbiqi dostlar, ictimai şəxslər, şirkətlər və kütləvi informasiya vasitələri tərəfindən tərtib edilmiş xəbəri oxumağa icazə verir. Xəbərlər tematik kateqoriyalar üzrə çeşidlənir.
Bu və ya digər xəbəri oxumaq üçün onu tərtib edən şəxsin səhifəsinə abunə yazılmaq vacib deyil. Proqram maraqlı xəbərləri özü aşkar edərək onları kateqoriyalar üzrə çeşidləyir.
"Paper" üçün xəbərlərin axtarışı və seçilməsi qismən avtomatik (layklar və başqa məlumatlar əsasında), qismən "Facebook"un redaktorlar komandası tərəfindən seçilir.
Proqramın başqa xüsusiyyəti "Facebook"un adi mobil tətbiqləri ilə müqayisədə qeyri-standart interfeysidir. Tətbiqdə ənənəvi düymə və menyu yoxdur, xəbərlər plitka şəklində göstərilir.
Proqram rəsmən xəbər oxumaq üçün tanıdılsa da, o," Facebook"un mobil tətbiqləri kimi mesajlar yazmağa, xəbərdarlıqlara baxmağa və axtarış etməyə icazə verir.
Hələ ki "Paper" yalnız "iOS 7" əsasında işləyən "iPhone" və "iPod touch" qurğularında əlçatandır. "Facebook" proqramın "iPad" planşetləri və "Android" platforması ilə işləyən qurğular üçün versiyasının çıxarılacağı ilə bağlı heç bir açıqlama verməyib.
Emil Hüseynov
04/02/14 Çap et