Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kiberhücumlarla bağlı “qaynar xətt” yaradılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi kiberhücumlarla bağlı təhdidlərlə üzləşən vətəndaşlar üçün “qaynar xətt” yaradıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə sözügedən mərkəzin direktoru Faiq Fərmanov danışıb. O bildirib ki, problemlərlə üzləşən hər kəs 16-54 qısa nömrəsinə zəng edərək kömək ala bilər:
 
“Hazırda “qaynar xətt” fəaliyyətdədir. Bununla belə, “qaynar xət”lə əlaqədar bir sıra əlavə tədbirlər də həyata keçirilir. “Qaynar xətt”ə müraciət edənlər ilkin olaraq elektron hücumdan sonra hansı addımların atılması ilə bağlı məlumatlandırılacaq. Eyni zamanda onlara hücumların haradan edilməsi ilə bağlı araşdırmalar aparılacaq.  Problemlərin həlli istiqamətində birgə addımlar atılacaq”.
 
Seymur




04/02/14    Çap et