Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cənubi Koreyada “Kinect” dövlət sərhədlərinin mühafizəsində tətbiq edilib


Cənubi Koreya sərhədçiləri Şimali və Cənubi Koreyanı ayıran demilitarizasiya edilmiş zonanın izlənməsi üçün “Xbox” oyun qurğusunun “Kinect” sensoruna əsaslanan videomüşahidə sistemini tətbiq ediblər.  
Sistemi Koreya Respublikasının proqramçısı Ce Kvan Ko icad edib. Sistem ötən ilin avqustunda istifadəyə verilsə də, bu yaxınlaradək KİV-ə məlumat verilməyib.  

“Microsoft”un kontaktsız kontrollerinə əsaslanan kompleksin vəzifəsi hərəkət edən obyektlərə reaksiya verməkdir. Bununla yanaşı, sistem hərəkət edən obyektin insan və ya heyvan olmasını seçə bilir. Sərhəd pozucusu aşkarlananda, proqram yaxınlıqdakı sərhəd dəstəsini bu barədə xəbərdar edir. Digər detallar, o cümlədən ötürücünün quraşdırıldığı yer haqqında informasiya açıqlanmır.  

Kvan Konun sözlərinə görə, gələcəkdə sistemə ürəkdöyünmə ötürücüsü və istilik skaneri əlavə olunacaq. Bu o deməkdir ki, sərhədçilər payızda satışa çıxarılan “Xbox One” modelinin komplektləşdirildiyi “Kinect 2.0” ilə təchiz ediləcək. İkinci nəsil ötürücünün təsvir ölçüsü 1080р piksel təşkil edir. Bundan başqa, ötürücü insanın nəbzini ölçə və qaranlıqda onu görə bilir. Qurğu rəsmən Cənubi Koreyada hələ ki satışa çıxarılmayıb, - “Vesti www.vesti.ru” yazır. 




05/02/14    Çap et