Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Flash Player”dəki boşluq aradan qaldırılıb
"Adobe" şirkəti "Adobe Flash Player" multimedia plaqini üçün növbədən kənar yeniləmə çıxarıb: kibercinayətkarlara "qurban"ın kompüterində kodu sərbəst yerinə yetirməyə icazə verən boşluq aradan qaldırılıb.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Adobe"un rəsmi saytına əsasən, boşluq "Adobe Flash Player 12.0.0.43" versiyasında, "Windows" və "OS X" əməliyyat sistemləri üçün daha aşağı, həmçinin "11.2.202.335" versiyasında və "Linux" platforması üçün daha erkən versiyalarda mövcuddur.
"Adobe" şirkəti istifadəçilərə öz kompüterlərinə quraşdırılmış "Flash" playeri mümkün qədər tez yeniləməyi tövsiyə ediblər. Şirkət boşluğu birinci aşkar etmiş "Kasperski Laboratoriyası" antivirus şirkətinin ekspertləri Aleksandr Polyakov və Anton İvanova öz təşəkkürünü bildirib.
Emil Hüseynov
05/02/14 Çap et