Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllif Hüquqları Agentliyi əsərlərin elektron qeydiyyatından imtina hallarını müəyyənləşdirib
Müəllif (hüquq sahibi) Müəllif Hüquqları Agentliyinin “Elektron qeydiyyat” xidmətindən istifadə edərək həm əsərini qeydiyyatdan keçirə bilər, həm də əsərin qeydiyyatı ilə bağlı onu maraqlandıran suallara cavab ala bilər.
Agentlikdən verilən məlumata görə, lakin əsərin qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilərsə, 5 iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə müəllifin elektron poçtuna bildiriş göndərilir. Bu çatışmazlıqlara ərizə formasının düzgün doldurulmaması, əsərin elektron variantının göndərilməməsi, yaxud sənədlərin düzgün tərtib edilməməsi halları daxildir.
Göstərilən müddətdə müəllif tərəfindən çatışmazlıqlar aradan qaldırılmadıqda əsərin qeydiyyatından imtina edilir. Müəllif əsərin qeydiyyatı ilə bağlı aşkar olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən elektron xidmətə müraciət edə bilər.
CAHANGİR
05/02/14 Çap et