Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“KitKat” versiyası 2%-dən aşağı “Android”-qurğuda quraşdırılıb


“Android 4.4 KitKat” əməliyyat sistemi 2013-cü ilin oktyabrında çıxarılıb. Artıq üç ay ötməsinə baxmayaraq, bu versiya populyar ola bilməyib. “Android” mobil platformasının bu versiyasına kimi yenilənən smartfonların az sayda olmasını nəzərə alsaq, bu başadüşüləndir.

“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google”un təqdim etdiyi rəsmi statistikaya əsasən, 2014-cü ilin fevralın əvvəlinədək “KitKat” modifikasiyası “Android” platforması ilə işləyən smartfon və planşetlərin 1.8%-də quraşdırılıb. İlin əvvəlində bu göstərici 1,4% olub.

“Jelly Bean” (Android 4.1-4.3) versiyası “Android” platforması ilə işləyən qurğuların 60,7%-nə quraşdırılıb. “Android 4.3”-ün payı 7,8-dən 8,9%-dək artıb.

“Google”un əməliyyat sisteminin köhnə versiyaları tədricən bazarda mövcudluğunu itirir.

Emil Hüseynov
 
 




05/02/14    Çap et