Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu noutbukdan ancaq nənələr istifadə edə bilər


Yaponiyanın “Fujitsu” şirkətinin təqdim etdiyi “Lifebook AH90/P” noutbukunun ikinci adı “Grannote”dur və qurğu 60 və daha yaşlı insanlar üçün nəzərdə tutulub.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, noutbukda işıqlandırma nəzərdə tutulub, yalnız klavişlər deyil, həm də portların nişanları da işıqlandırılır.
 
Kompüterdə “Awaseru Voice” funksiyası nəzərdə tutulub. Bu funksiya yaşlı insanların pis eşitdikləri yüksək tezlikləri gücləndirir. “Awaseru View” funksiyası isə öz növbəsində, optimal parlaqlıq və ekranın rəng balansını təyin edir.
 
Kompüter “Intel Core i7 4500U” prosessoru, 1920x1080 nöqtə təsvir ölçülü 15,6 düymlük ekran, 8 QB əməli yaddaş və “Blu-ray” qurğusu ilə təchiz edilib. Fevralın 13-də Yaponiyada çıxarılacaq.
 
Emil Hüseynov
 




06/02/14    Çap et