Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smart qaz sayğaclarından istifadə daha asan olacaq
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi fevral ayından başlayaraq, abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlərini təklif edəcək.
Birlikdən verilən məlumata görə, yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə biləcəyi bu mərkəzdə vətəndaşlara heç bir müddət müəyyənləşdirilmədən, dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət göstəriləcək.
Abonentlərə göstəriləcək xidmətlərdən biri itirilmiş smart kartın bərpası xidmətidir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart tipli sayğacın nömrəsi və yaxud abonent kodu tələb olunur. Kartın dəyəri 5 manatdır.
Artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi də asanlıqla həyata keçiriləcək. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur.
Daha bir xidmət saldoların çap olunması və borc haqqında məlumatın verilməsini əhatə edir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur.
Smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi sözügedən xidmətlərə daxildir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart kart, həmçinin mülkiyyəti təsdiq edən sənədlərin əsli (mülkiyyətin qeydiyyat vərəqəsi və yaxud alqı-satqı müqaviləsi) tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur.
Smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi də abonentlərə göstərilən xidmətlər sırasında yer alır. Bu xidmət üçün sənəd və rüsum tələb olunmur.
Qeyd edək ki, bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. Gələcəkdə “Azəriqaz” İB tərəfindən xidmətlərin sayının artırılması, bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Nəticədə xidmətlər Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcək.
CAHANGİR
06/02/14 Çap et