Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnteqral sxemə patent almaq üçün ərizə təqdim edilib
1959-cu il fevralın 6-da amerikalı alim Cek Kilbi inteqral sxemə patent almaq üçün ərizə təqdim edib. Birinci inteqral sxemin mükəmməldən uzaq olmasına baxmayaraq, məhz Kilbinin sxemi bu qurğuların inkişafı üçün başlanğıc nöqtəsi olub.
İnteqral sxem üzərində Kilbi ilə eyni anda başqa alim – Robert Noys da çalışıb. Onun sxemində germanium əvəzinə silisiumdan istifadə edilib. Noys, həmçinin öz inteqral sxemi üçün patent alıb.
O zaman Kilbi və Noys arasında patent üstündə mübahisə olsa da, lakin tərəflər razılığa gələ biliblər.
Emil Hüseynov
06/02/14 Çap et