Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron qeydiyyatdan keçirilmiş əsərə verilən şəhadətnamə müəllifə necə çatdırılır?


Əsər yarandığı andan həmin əsərə müəlliflik hüququ yaranır, onun müəllifinin müəlliflik hüquqları qorunur. 
Azərbaycan Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, yaradıcılıq fəaliyyətinin nəticəsi olan, obyektiv formada mövcud olan orijinal elm, ədəbiyyat və incəsənət əsərləri elektron qaydada qeydiyyatdan keçirilə bilər.

Elektron xidmət  vasitəsilə qeydiyyatdan keçirilmiş əsərə verilən şəhadətnamənin müəllifə necə çatdırılmasına gəldikdə, əsərin qeydiyyatı haqqında şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsilə müəllifin elektron poçt ünvanına, əsli isə adi poçtla müəllifə göndərilir.

CAHANGİR




06/02/14    Çap et