Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Üçölçülü məzmuna baxmaq üçün yeni eynək yaradılıb


“Vuzix” şirkəti standart ikiölçülü və üçölçülü məzmuna baxmaq üçün nəzərdə tutulmuş “Wrap 1200” eynəyini yaradıb.
Yenilik 16 milyon rəng çaları əks etdirən 852×480 piksel kəskinlikli ekranlarla təchiz edilib. Ekranda 3 metr məsafədən 75 düymlü televizorda şəklə baxmaq üçün ekvivalent olan təsvir formalaşır. Yeniləmə tezliyi 60 Hz-ə bərabərdir. “NTSC” və “PAL” sistemləri dəstəklənir. “Vuzix” şirkəti, həmçinin “DVİ”, “D-Sub” konnektorlarına və “USB 2.0” portuna malik “Wrap 1200VR” adlı eynək də təklif edəcək.
Tənzimləmə sistemi parlaqlığı, ziddiyyəti sazlamağa imkan verir. Enerji təchizatı akkumulyator batareyası ilə həyata keçirilir; eynəyin çəkisi təxminən 85 qramdır.
Yeniliyin qiyməti 500 dollardır.




16/08/11    Çap et