Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” öz arxivlərini alimlər üçün açıq edəcək


“Twitter” mikrobloqlar xidməti öz arxivlərini alimlər üçün açıq edəcək. Bu haqda fevralın 5-də sosial şəbəkənin rəsmi bloqunda yazılıb.

“Twitter Data Grants” adlanan proqram çərçivəsində bir neçə tədqiqat təşkilatı “Twitter”in serverlərində saxlanılan istifadəçi mesajlarına açıq çıxış əldə edəcək. Martın 5-dək proqramda iştirak üçün müraciət etmək olar.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sosial şəbəkə nümayəndələrinin sözlərinə görə, məlumatlara açıq çıxış alimlərə bir çox mühüm elmi problemləri təhlil etməyə icazə verəcək. "Hər gün bu xidmətin köməyi ilə 500 milyondan çox tvit göndərilir. Belə həcmdə informasiyanı ən müxtəlif tədqiqatlarda istifadə etmək olar" – “Twitter”in postunda yazılıb. Resursun rəhbərliyi Con Hopkins Universitetinin alimləri tərəfindən dərc edilmiş elmi işi nümunə kimi göstərib. Tədqiqatçılar tvitlərdən təhlükəli qrip epidemiyaları haqqında proqnoz üçün istifadə ediblər.

Emil Hüseynov
 




06/02/14    Çap et