Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Sony” kompüter istehsalı üzrə biznesini satacaq
“Sony” şirkəti kompüter və “Vaio” noutbuklarının buraxılışı üzrə bölməsini “Japan Industrial Partners” (JIP) investisiya fonduna satacaq. Bu haqda şirkətin saytında yazılıb. Sazişin məbləği açıqlanmır.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Yaponiyanın “Sony” şirkəti “Vaio” brendi altında yeni kompüter istehsalından imtina edib. Qurğuların istehsalı və satışı yazda dayandırılacaq.
Yeni sahib “JIP” aktivlərin idarə edilməsi üçün ayrıca şirkət yaradacaq. “Re/code” dəqiqləşdirir ki, şirkət əsasən Yaponiya bazarına hədəflənəcək, bununla belə, beynəlxalq bazara da çıxa bilər.
Hazırda “Sony” şirkətində yenidənqurma işləri aparılır. Bu prosesin 2014-cü ilin iyununa başa çatdırılması planlaşdırılır.
“Sony” şirkəti yenidənqurma prosesində təxminən beş min əməkdaşını ixtisar edəcək.
Emil Hüseynov
06/02/14 Çap et